KRİMİNAL ÖZ XƏBƏR

Şahin Şıxlinskinin oğlunu sərbəst buraxdılar, özü isə... - Döyülərək saxlanıldıqdan sonrakı açıqlama

"Saxlanılan Şahin Şıxlinski hazırda Sverdlovsk vilayətinin İstintaq Komitəsində şahid kimi dindirilməkdədir".

32gun.az xəbər verir ki, bunu onun oğlu Mütvalı bildirib.

Mütvalı Şıxlinski deyib ki, FTX əməkdaşları həm onu, həm də atasını — şəhər Azərbaycan diasporasının və “Azərbaycan-Ural” təşkilatının rəhbərini saxlayıblar. Mütvalını azad ediblər, ancaq atası  Şahin Şıxlinskini Sverdlovsk vilayətinin Şçorsa küçəsindəki İstintaq Komitəsinə aparıblar və indi onun şahid statusu var.

Mütvalı Şıxlinski hesab edir ki, bu saxlanma Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi reydlə bağlıdır. Həmin reyd zamanı iki Səfərov qardaşı həlak olub və bu, Azərbaycanla münasibətlərin gərginləşməsinə səbəb olub.

Mütvalı Şıxlinski atası ilə birlikdə  döyülərək saxlanması sonra açıqlama verib.

Nilay 

-->

Oxşar Xəbərlər