KRİMİNAL ÖZ XƏBƏR

Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı, əvvəllər məhkum olunmuş Mahir Yaqubov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 32gun.az-a verilən məlumata görə, ondan 2 kq-a yaxın narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxs qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ayaz

Oxşar Xəbərlər