SOSIAL ÖZ XƏBƏR

Ağdam Rayon Mərkəzi Xəstəxanasının 290 min manatlıq tenderi görün niyə ləğv edildi

Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən “Müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi” ilə bağlı elan edilmiş açıq tender müsabiqəsi ləğv olunub.

32gun.az xəbər verir ki, ləğv səbəbi olaraq “Qalib təchizatçını bu Qanunun 33.10-cu maddəsinə əsasən seçmək mümkün deyil” (36.1.3) göstərilib. Bu barədə 2025-ci il 11 iyun tarixli satınalma komissiyasının protokolu ilə qərar verilib.

Tenderin ehtimal olunan dəyəri 290 117,00 AZN təşkil edirdi.

Xəstəxananın direktoru Kamil Həsənovdur.

Ayaz 

Oxşar Xəbərlər