SOSIAL ÖZ XƏBƏR

Gənclər Və İdman Nazirliyi Gəncə stadionu üçün 45 milyonluq müqavilə bağladı -  Podratçı şirkətə sanksiya tətbiq olunubmuş 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması (üçüncü mərhələ) ilə bağlı növbəti müqavilə imzalayıb.

32gun.az-ın məlumatına görə, işlərin üçüncü mərhələsi üzrə aparılması üçün "İnşaatçı 3" MMC ilə 45.033.980,39 manat dəyərində müqavilə bağlanıb.

32gun.az-ın əldə etdiyi digər  məlumata əsasən, "İnşaatçı 3" MMC-yə Operativ Vergi Nəzarəti nəticəsində əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı pozuntuya görə 4.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Şirkətin qanuni təmsilçisi Qeys Siraclı Məmməd oğlu, nizamnamə kapitalı isə cəmi 20 manat təşkil edir.

Ayaz 

Oxşar Xəbərlər