SOSIAL ÖZ XƏBƏR

"ASLIN TRADE” MMC-nin 109 min manatlıq vergi borcu var  / FOTO

“ASLIN TRADE” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu üzə çıxıb. 

32gun.az-ın məlumatına görə, şirkətin 109456.39 AZN məbləğində vergi borcu olduğu məlum olub.

Əldə etdiyimiz digər məlumata görə, şirkət Riskli vergi ödəyicisi kimi də qeydə alınıb.

Qanuni təmsilçisi Adil Hacıyev Akif oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan və riskli vergi ödəyiciləri siyahısında yer alan şəxslərin dövlət tenderlərində iştirakı məhdudlaşdırılır.

Ayaz 

Oxşar Xəbərlər