
“POHAR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Operativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkət tərəfindən pul vəsaitinin uçotdan gizlədilməsi və ya ümumiyyətlə uçota alınmaması, həmçinin malların Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmaması faktları aşkar edilib.
Aparılmış yoxlamaların nəticəsində tərtib olunmuş akt əsasında “POHAR TRADE” MMC-yə 5 540.78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Şirkətin qanuni təmsilçisi İbrahim İbrahimov Ağaverdi oğludur.
Ayaz