
“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsin 3 tenderi eyni vaxtda ləğv edilib.
32gun.az xəbər verir ki, agentlik tərəfindən əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulan mənzillərin satın alınması ilə bağlı elan edilən 13 milyon 441 min 470 manatlıq 3 tender müsabiqəsi təchizatçı çatışmazlığı səbəbilə ləğv edilib.
Ləğv edilən tenderlər bunlardır:
Şirvan şəhərində 20 birotaqlı, 20 ikiotaqlı və 20 üçotaqlı mənzilin satın alınması
– Ehtimal olunan qiymət: 4 617 000 manat
– Ləğv səbəbi: Satınalmada iştirak edən təchizatçıların sayı üçdən az olub.
Ağstafa rayonunda 3 ikiotaqlı və 6 üçotaqlı mənzilin alınması
– Ehtimal olunan qiymət: 844 470 manat
– Ləğv səbəbi: Təklif təqdim edən malgöndərənlərin sayının qanunvericilikdə nəzərdə tutulan minimum həddə çatmaması.
Bakı şəhərində 40 birotaqlı, 40 ikiotaqlı və 20 üçotaqlı mənzilin alınması
– Ehtimal olunan qiymət: 7 980 000 manat
– Ləğv səbəbi: İştirakçıların sayının üçdən az olması səbəbilə müsabiqə keçirilməyib.
Qeyd edək ki, ləğvlər “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib. Həmin maddəyə əsasən, təklif və təminatı təqdim etmiş, müvafiq lisenziyaya malik təchizatçıların sayı üçdən az olduqda satınalma proseduru baş tutmur.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.
Ayaz