
1.9 milyon manatlıq tenderin qalibi “ST MARK” QSC oldu
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən idman inventarının və digər avadanlıqların satın alınması ilə bağlı tenderin qalibi müəyyənləşib.
32gun.az-ın məlumatına görə, 1999999.98 AZN dəyərində olan satınalmanın qalibi “ST MARK” Qapalı Səhmdar Cəmiyyəti olub.
Şirkətin qanuni təmsilçisi Fərxan İsmayılov Məhəmmədhüseyn oğludur, nizamnamə kapitalı isə cəmi 2 000 manat təşkil edir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Valeh Mirzəliyevdir.
Ayaz