
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən 2025-ci il üzrə 15 ədəd liftə texniki xidmətin göstərilməsi və zəruri avadanlıqların alınması ilə bağlı keçirilmiş tenderin qalibi bəlli olub.
32gun.az-ın əldə etdiyi məlumata görə, 49 368.84 AZN məbləğindəki satınalmanın qalibi “SVORD-A.A. SERVICES” MMC olub.
Şirkətin qanuni təmsilçisi Anar Abuşov Şəmdin oğludur, nizamnamə kapitalı isə 500 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovdur.
Ayaz