
“Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Operativ vergi nəzarəti çərçivəsində 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az-ın məlumatına görə, sanksiya əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı əsasında tərtib edilmiş akta əsasən tətbiq edilib.
Qeyd edək ki, “Bazarstore” MMC-nin nizamnamə kapitalı 40 milyon 862 min 223.16 ABŞ dolları təşkil edir. Şirkətin qanuni təmsilçisi və direktoru Ebrahim Samadidir.
“Bazarstore” MMC “Azərsun Holdinq” MMC-nin strukturuna daxildir.
Ayaz