.jpg)
Yardımlıda avtomobil yollarının təmiri ilə bağlı tender iştirakçı çatışmazlığı səbəbilə ləğv edilib
Yardımlı rayonunda avtomobil yollarının əsaslı təmiri ilə bağlı nəzərdə tutulan satınalma müsabiqəsi baş tutmayıb.
32gun.az xəbər verir ki, ehtimal olunan qiyməti 759.600 manat olan tender iştirakçıların azlığı səbəbilə ləğv edilib.
Satınalmada iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, tələb olunan lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün müsabiqə 36.1.1-ci maddəyə əsasən dayandırılıb.
Qeyd edək ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur.
Ayaz