.jpg)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inzibati binada otaqların əsaslı təmiri ilə bağlı nəzərdə tutulan satınalma müsabiqəsi ləğv olunub.
32gun.az xəbər verir ki, ehtimal olunan qiyməti 27.848 manat olan tender baş tutmayıb.
Ləğv edilmə səbəbi olaraq, təklif və onun təminatını təqdim etmiş, zəruri lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu səbəbdən satınalma “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir.
Ayaz