SOSIAL ÖZ XƏBƏR

Bu idarəyə 245 min manatlıq kompüter avadanlığı alınacaq

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Naxçıvan Şəhər Sukanal İdarəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun yaradılması məqsədilə kompüter avadanlıqlarının satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 245.583,96 manat təşkil edir.

Layihə çərçivəsində Naxçıvan şəhərində su-kanalizasiya sistemlərinin idarə olunmasında rəqəmsallaşma və texnoloji imkanların artırılması nəzərdə tutulur. Hazırda tender proseduru davam edir.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.

Ayaz 

 

 

HƏMÇİNİN BAX

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu üzə çıxıb /VİDEOFAKT

Oxşar Xəbərlər