SOSIAL ÖZ XƏBƏR

Sumqayıtda Əli Həsənovun qardaşının "yaşıllaşdırma əməliyyatı" ləğv edildi

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi  tərəfindən elan edilmiş “Yaşıllıqların salınması işləri”nin satınalması üzrə tender baş tutmayıb.

32gun.az xəbər verir ki, 03 iyul 2025-ci il tarixində keçirilməsi planlaşdırılan tender iddiaçıların sayının üçdən az olması səbəbindən “Dövlət Satınalmaları Qanununun” 11.1-ci maddəsinə əsasən ləğv edilib.

Hazırda satınalma prosedurunun yenidən elan olunacağı gözlənilir.

Mediada gedən məlumatlara görə, Sumqayıt MKTİB-nin Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, Qaqçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, baş nazirin sabiq müavini Əli Həsənovun qardaşıdır. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı isə Zakir Fərəcovdur. 

Ayaz 

Oxşar Xəbərlər