
“Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən invertarların və alətlərin satınalınması məqsədilə elan olunmuş tender 03 iyul 2025-ci il tarixində baş tutmayıb.
32gun.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb, təklif və onun təminatını təqdim etmiş, eyni zamanda tələb olunan lisenziyaya malik təchizatçıların sayının üçdən az olmasıdır. Bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən qeydə alınıb.
Satınalma komissiyası bu səbəbdən prosedurun ləğv edilməsi haqqında müvafiq protokol tərtib edib.
Nilay