
Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi rayon ərazisində görüləcək yolların əsaslı təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 23.350 manat təşkil edir.
Hazırda tender prosesi davam edir və nəticələr yaxın günlərdə açıqlanacaq. Layihə Beyləqanda yol infrastrukturunun yenilənməsi məqsədi daşıyır.
Qeyd edək ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur. Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi isə saytda vakant olaraq göstərilir.
Ayaz