SOSIAL ÖZ XƏBƏR

Sumqayıtda küçələri işıqlandırmaq üçün 962 min AZN xərclənəcək

“Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi” elektrik mal-materialları və digər əlaqəli məhsulların satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan məbləği 962.467,51 manat təşkil edir.

Qeyd edək ki, adıçəkilən qurum Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində və ya onun aidiyyəti qurumlarından olan Sumqayıt Kommunal Təsərrüfatı İdarəsinin tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.

Ayaz 

Oxşar Xəbərlər