SİYASƏT ÖZ XƏBƏR

Ərdoğan: Zirvə görüşünün Xankəndidə keçirilməsi xüsusi mənaya malikdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında çıxış edərək tədbirin işğaldan azad olunmuş ərazidə keçirilməsinin simvolik və strateji əhəmiyyət daşıdığını bildirib.

32gun.az xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza bu mötəbər toplantıya ev sahibliyi etdiklərinə görə təşəkkür edib və Azərbaycanın gələcəyinə dair nikbin fikirlərini bölüşüb: “İnanıram ki, Prezident İlham Əliyevin liderliyi ilə Xankəndi yaxın gələcəkdə Cənubi Qafqazın inkişaf və sabitlik mərkəzinə çevriləcək”.

Ərdoğan çıxışında İƏT-in fəaliyyət mexanizmlərinin daha çevik və effektiv şəkildə yenidən qurulmasının vacibliyini də vurğulayıb. O, əməkdaşlığın müasirləşdirilməsi və təşkilat daxilində prosedurların sadələşdirilməsinin bütün üzv ölkələrin maraqlarına xidmət edəcəyini qeyd edib.

Türkiyə lideri çıxışında həmçinin Şuşanın 2026-cı ildə İƏT-in Turizm Paytaxtı seçilməsini yüksək qiymətləndirib və bu münasibətlə Azərbaycanı təbrik edib.

Ayaz 

Oxşar Xəbərlər