SOSIAL ÖZ XƏBƏR

Kardiologiya İnstitutu 93 min manata bu avadanlıqlar alınacaq - Stabilizator, problalı vint və.s...

Akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu maşın və avadanlıqların alınması ilə bağlı satınalma planlaşdırır.

32gun.az-ın əldə etdiyi məlumata görə, publik hüquqi şəxs statusunda fəaliyyət göstərən institutun bu məqsədlə ayırdığı vəsaitin ehtimal olunan məbləği 93.341,66 manat təşkil edir.

Satın alınacaq avadanlıqlar arasında aşağıdakılar yer alır:
Switch Managed 24, Rack 27U FAN, stabilizator, DC jack, BNC connector, RJ45 CAT5e jack connector, crimper set, vint (şurup) problı, SSD, proyektor və digər texniki avadanlıqlar.

Qeyd edək ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. İnstitutun direktoru professor Gülnaz Dadaşovadır.

Ayaz

Oxşar Xəbərlər