SOSIAL ÖZ XƏBƏR

Mərkəzi Bankın 964 min manatlıq müsabiqəsi ləğv edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Microsoft 365 E3 lisenziyalarının satınalınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

32gun.az xəbər verir ki, satınalmanın dəyəri 964.284,20 manat olaraq qiymətləndirilsə də, müsabiqədə iştirak edən təchizatçıların sayı qanunvericilikdə nəzərdə tutulan minimum tələbi ödəmir. Belə ki, tenderin ləğvinə səbəb olaraq təklif və təklifin təminatını təqdim etmiş, müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib (Satınalmalar haqqında Qanunun 36.1.1-ci maddəsi).

Qeyd edək ki, qanunvericiliyə əsasən, açıq tender müsabiqəsi üçün ən azı üç təchizatçının iştirak etməsi tələb olunur. Bu şərt yerinə yetirilmədiyi halda satınalma proseduru ləğv edilir.

Ayaz 

Oxşar Xəbərlər