SOSIAL ÖZ XƏBƏR

Baş Mil-Muğan Kollektorunun 100 min manatlıq "alış-verişi" ləğv edildi  / SƏBƏB

Baş Mil-Muğan Kollektoru İstismar İdarəsi tərəfindən mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması məqsədilə elan edilən tender ləğv olunub.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 99.990,07 manat təşkil etsə də, tenderə təqdim edilən təkliflərin sayı qanunvericilikdə nəzərdə tutulan minimum həddi ödəməyib.

Rəsmi məlumata əsasən, tenderin ləğv edilmə səbəbi təklif və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır (Satınalmalar haqqında Qanunun 36.1.1-ci maddəsi).

Qanunvericiliyə əsasən, açıq tenderin keçirilməsi üçün minimum üç təchizatçının iştirak etməsi tələb olunur. Bu şərt yerinə yetirilmədiyindən prosedur baş tutmayıb.

Ayaz 

Oxşar Xəbərlər