
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi informasiya-kommunikasiya texnologiyaları məhsulları və təsərrüfat avadanlıqlarının satınalınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 207.525,03 manat təşkil edir. Alınacaq avadanlıqlar sırasında planşet tipli kompüter, kondisioner, server, modem tipli şəbəkə avadanlığı, İP-telefon aparatı, fərdi kompüter (monoblok), çap qurğusu, tozsoran və Rack-Mount Static power switch yer alır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur.
Ayaz