
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və onun struktur bölmələrindəki şəbəkə, server, kompüter avadanlıqları və proqram təminatları üçün lisenziyaların satınalınması ilə bağlı keçirdiyi tenderin qalibi məlum olub.
32gun.az xəbər verir ki, qalib "Caspian Supplies AZE" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Satınalmanın ümumi dəyəri 38.350 manat təşkil edir.
Maraqlıdır ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Tariyel Tofiq oğlu Vahabovdur. "Caspian Supplies AZE" MMC son dövrlər bir sıra dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi kimi qeydə alınıb.
Ayaz