
Daha bir şirkət riskli vergi ödəyicisi kimi qeydə alınıb.
32gun.az xəbər verir ki, "KRAZ-Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb.
Şirkətin qanuni təmsilçisi Fərzəli Xəlilov Hüseyn oğludur.
Qeyd edək ki, “riskli vergi ödəyicisi” statusu vergi qanunvericiliyinin tələblərinə əməl olunmaması və ya vergi öhdəliklərinin yerinə yetirilməməsi hallarında tətbiq olunur. Bu statusa düşən şirkətlərlə dövlət qurumlarının əməkdaşlığı müəyyən məhdudiyyətlərə məruz qala bilər.
Ayaz