
Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) liftlərin cari təmiri üçün mal-materialların alınması ilə bağlı tender keçirib.
32gun.az xəbər verir ki, tenderin qalibi "SMART TECHNO SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalmanın dəyəri 272.484,42 manat təşkil edir.
32gun.az-ın araşdırmaları zamanı aydın olub ki, şirkətə pul vəsaitinin uçotdan gizlədilməsi, malların sənədsiz dövriyyəsi və digər vergi pozuntularına görə 91.586,70 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Eyni zamanda, şirkətin dövlətə olan vergi borcu 100.300,44 manatdır.
"SMART TECHNO SERVİCES" MMC-nin nizamnamə kapitalı cəmi 50 manatdır. Şirkətin qanuni təmsilçisi Əli Ramazanov Adil oğludur.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Ayaz