.jpg)
Qazax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi müxtəlif növ avadanlıqların alınması məqsədilə satınalma keçirir.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 65.242,20 manat təşkil edir.
Alınacaq avadanlıqlar arasında tibbi soyuducu, televizor, üz tanıma sistemi və digər texniki vasitələr yer alır.
Qeyd edək ki, bu cür avadanlıqlar xəstəxanada texniki infrastrukturun və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.
Ayaz