.jpg)
Xəbər verdiyimiz kimi, Ağstafa şəhərinin mərkəzində iki cavan ağacın kəsilməsi və ərazidə obyekt tikintisinə başlanılması sakinlərin etirazına səbəb olub.
Onlar bu halı “yaşıl terror” adlandıraraq tədbir görülməsini tələb edirlər.
32gun.az ağacların kəsildiyi ərazidən yeni görüntülər əldə edib.
Məlum olub ki, ağaclar kəsildikdən sonra sahədə təmizlik işləri aparılıb. İndi isə növbə digər iki ağaca çatıb. Tikinti sahibi həmin ağacların da kəsilməsi üçün göstəriş verib.
Sakinlər "yaşıl terror"un davam etməsindən və məsul qurumların hələ də tədbir görməməsindən narazıdır.
Ümidlərini itirməyən sakinlər inanırlar ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ağacların kəsilməsi ilə bağlı operativ tədbir görəcək, məsul şəxslər cəzalandırılacaq və yaşıllıq bərpa olunacaq.
Qeyd edək ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Elşən Şirinov rəhbərlik edir. Bu idarənin xidmət ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz da daxildir.
Ayaz
. . . . . . . . . .