
Bakı Beynəlxalq Peşə Məktəbi vergi ilə bağlı problem yaşayıb.
32gun.az xəbər verir ki, sözü gedən təhsil ocağı vergilər sistemində riskli vergi ödəyicisi statusuna malik siyahısına daxil edilib.
Rəsmi məlumatlara əsasən, məktəbin 10 avqust 2012-ci il tarixində qeydiyyata alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 göstərilir.
Qurumun nizamnamə kapitalı cəmi 100 manat təşkil edir. Qanuni təmsilçi isə Bəhram Qurbanov Mahmud oğludur.
Qeyd edək ki, riskli vergi ödəyiciləri siyahısına düşmək, adətən, vergi öhdəliklərinin yerinə yetirilməməsi, saxta vergi sənədləri və ya şübhəli əməliyyatlarla əlaqədar olur. Bu statusun müəssisənin fəaliyyətinə hüquqi və maliyyə təsirləri ola bilər.
Ayaz