SOSIAL ÖZ XƏBƏR

"EXTREMAL GROUP" MMC riskli vergi ödəyicisi olub - Sahibi görün kimdir 

"EXTREMAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi pozuntusu ilə baş verib.

32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Şirkətin qanuni təmsilçisi Nelli Axund-zadə Sabir qızıdır. Hüquqi şəxsin nizamnamə kapitalı 10 manatdır.

Qeyd edək ki, "riskli vergi ödəyicisi" statusu adətən saxta vergi əməliyyatları, sənədləşmədə uyğunsuzluq, qeyri-şəffaf maliyyə dövriyyəsi və ya digər vergi pozuntuları fonunda verilir. Bu status vergi orqanları tərəfindən həyata keçirilən araşdırmalar əsasında müəyyənləşdirilir və müvafiq bazada qeyd olunur.

Nelli Axundzadə ilə bağlı maraqlı məqam odur ki, o, uzun illər Azərbaycan Dövlət Pantomima Teatrında baş mühasib vəzifəsində çalışıb. 2024-cü ilin 8 aprel tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şahid qismində ifadə verən Axundzadə bildirmişdi ki, sənədləri elektron poçtla Aytən Kərimovaya göndərib və bank əməliyyatlarında birbaşa iştirak etməyib.

Onun sözlərinə görə, teatrda çalışan 43 nəfər əməkdaşdan yalnız 2-3 nəfərin maaş kartı ilə bağlı problem olub, digərləri vəsaitlərini normal qaydada alıblar. Nelli Axundzadə həmçinin qeyd etmişdi ki, Aytən Kərimovaya etibar edib və bütün maliyyə işlərini ona həvalə edib.

Nilay 

Oxşar Xəbərlər