
"Dəniz Mərmər" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti çərçivəsində 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az xəbər verir ki, Cəriməyə səbəb POS-terminalların quraşdırılması hallarına nəzarət və quraşdırılmış terminallarda nağdsız ödənişlərin qəbulundan imtina edilməsi olub.
Qurum barəsində müvafiq akt tərtib olunaraq qərar qəbul edilib.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 61, mənzil 13-dür. Qanuni təmsilçisi Saeid Safizadehdir və nizamnamə kapitalı 20 manat təşkil edir.
Ayaz