SOSIAL ÖZ XƏBƏR

DVX əməkdaşları əməliyyat kecirdi- "Commerz Leasing" MMC qanun pozuntusuna görə...

"Commerz Leasing" Məhdud Məsuliyyətli Cəmiyyəti qanun pozuntusu aşkarlanıb.

32gun.az xəbər verir ki, şirkət vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin qanuni təmsilçisi Elsevər Məmmədov Ağamməd oğludur. Müəssisənin nizamnamə kapitalı isə cəmi 20 manat təşkil edir.

Qeyd edək ki, “riskli vergi ödəyicisi” statusu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-1-ci maddəsinə əsasən tətbiq olunur və bu status vergi ödəyicisinin fəaliyyəti zamanı ciddi qanun pozuntularına yol verildiyi, şəffaf olmayan əməliyyatlar apardığı və ya formal fəaliyyət göstərdiyi hallarda müəyyən edilir.

Bu statusa düşən şirkətlərə qarşı vergi orqanları tərəfindən gücləndirilmiş nəzarət tədbirləri həyata keçirilir, o cümlədən onların elektron qaimə-faktura dövriyyəsinə və digər vergi imtiyazlarına məhdudiyyətlər tətbiq edilə bilər.

Ayaz 

Oxşar Xəbərlər