
“Optimal Kommersiya Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti qayda pozuntusu aşkarlanıb.
32gun.az xəbər verir ki, şirkət vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi qeydə alınıb. Əldə etdiyimiz digər məlumata görə, müəssisənin 10.490,04 manat məbləğində vergi borcunun olduğu müəyyən edilib.
Qanuni təmsilçisi Şükran Tağıyev Nicat oğludur.
Qeyd edək ki, “riskli vergi ödəyicisi” statusu, sahibkarlıq subyektinin fəaliyyətində vergi qanunvericiliyinin tələblərinin pozulması, şəffaf olmayan əməliyyatlar və ya real iqtisadi fəaliyyətin olmaması kimi hallarda tətbiq olunur. Bu status vergi orqanlarının həmin şirkətə qarşı daha ciddi nəzarət tədbirləri həyata keçirməsinə səbəb olur.
Ayaz