SOSIAL ÖZ XƏBƏR

"PRO LOMBARD 2020" MMC-yə 53 min manatdan çox maliyyə sanksiyası tətbiq edildi

"PRO LOMBARD 2020" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri çərçivəsində ciddi maliyyə sanksiyaları tətbiq edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi səbəbilə tərtib olunmuş AKT-a əsasən şirkətə 50.966,70 manat məbləğində maliyyə sanksiyası kəsilib.

Bundan əlavə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin rəsmiləşdirilməməsinə görə 2.000 manat sanksiya tətbiq olunub.

Onu da bildirək ki, şirkətin ümumi vergi borcu hazırda 60.915,93 manat təşkil edir.
"PRO LOMBARD 2020" MMC-nin qanuni təmsilçisi Əli Əliyev Ramiz oğludur, nizamnamə kapitalı isə 10 manatdır.

Ayaz 

Oxşar Xəbərlər