
"STAR EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.
32gun.az xəbər verir ki, şirkət hazırda vergi orqanları tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin dövlət büdcəsinə olan vergi borcu 12.535,18 manat təşkil edir.
"STAR EXPRESS" MMC-nin qanuni təmsilçisi Tahir Vəkilov Rəşid oğludur.
Qeyd edək ki, riskli vergi ödəyicisi — vergi qanunvericiliyinin tələblərini pozan, saxta və ya əsassız əməliyyatlar aparan, vergi öhdəliklərini düzgün yerinə yetirməyən şəxslərə tətbiq olunan xüsusi statusdur. Bu status vergi orqanları tərəfindən müəyyən edilir və belə şirkətlər ciddi nəzarətə götürülür.
Ayaz