
"Pizza Loca" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan operativ vergi nəzarəti çərçivəsində 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
32gun.az-ın əldə etdiyi məlumata görə, sanksiya əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması səbəbindən tərtib olunmuş AKT-a əsasən tətbiq olunub.
Qanuni təmsilçi Elçin Əskərov Afərin oğludur.
Qeyd edək ki, bu cür nəzarət tədbirləri nağd və ya qeyri-nağd ödənişlərin qanunla müəyyən edilmiş formada aparılıb-aparılmadığını yoxlamaq məqsədi daşıyır.
Ayaz