
Xəzər rayonu ərazisindəki ödənişsiz çimərliklərdən birində çəkilən görüntülər sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Paylaşılan videoda çimərlik ərazisinin çirkab içində olduğu, insanların yedikləri qida qablarını, plastik tullantıları və digər zibilləri ətrafa atıb getdiyi açıq-aşkar görünür.
32gun.az xəbər verir ki, görüntüləri paylaşan vətəndaş vəziyyəti “biabırçılıq” adlandırıb və haqlı olaraq sual edir:
“Burada insan necə rahat istirahət etsin? Bu nə mədəniyyətsizlikdir, nə də nəzarətsizlik!”
Sakinlər bildirirlər ki, ödənişsiz çimərliklərdə nə zibil qabları var, nə də müntəzəm təmizlik aparılır. Bəziləri isə ərazidə bələdiyyə və ya aidiyyəti qurumların məsuliyyətsizliyindən şikayət edirlər.
Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət bildirilməyib.
Ayaz
. . . .