SOSIAL ÖZ XƏBƏR

"NEFTRUX GROUP" MMC riskli vergi ödəyicisi kimi qeydə alındı

"NEFTRUX GROUP" MMC vergi qanunvericiliyini pozub.

32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Həmçinin şirkətin vergi orqanları qarşısında 3472.29 manat məbləğində ödənilməmiş vergi borcu mövcuddur.

Şirkət Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyatdan keçib və onun nizamnamə kapitalı cəmi 50 manat təşkil edir. Bu isə şirkətin maliyyə sabitliyi və fəaliyyət imkanları baxımından ciddi suallar doğura bilər.

Hüquqi təmsilçi qismində isə Samir Zəkiyev Zəki oğlu çıxış edir.

Vergi borcu və riskli vergi ödəyicisi statusu, adətən, maliyyə öhdəliklərinin yerinə yetirilməməsi, hesabatların təqdim olunmaması və ya qanunvericiliyin digər tələblərinin pozulması halları ilə bağlı olur. 

Ayaz 

Oxşar Xəbərlər