
Lerikdəki "RELAX RESORT AND SPA HOTEL" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmalarının düzgün aparılmaması faktı aşkarlanıb.
32gun.az xəbər verir ki, bu səbəbdən şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Şirkətin qanuni təmsilçisi Famil İmanov Kamran oğludur. Nizamnamə kapitalı 100 manatdır.
Xatırladaq ki, otel bir vaxtlar sabiq deputat İqbal Məmmədova məxsus olub. Sonradan otel əl dəyişdirməsi ilə gündəmə gəlmişdi. 2019-cu ildə "Relax" İstirahət və Turizm Mərkəzinə gələn keçmiş Vergilər Nazirliyinin əməkdaşları nəzarət tədbirləri zamanı müqavimətlə üzləşib, əraziyə buraxılmamışdılar.
Həmçinin, İqbal Məmmədova məxsus olduğu dövrdə sabiq deputatın oğlu və qohumları tərəfindən Vergilər Nazirliyinin xidməti və şəxsi istifadə avtomobillərinə daş parçaları ilə zərər vurulması faktları qeydə alınmışdı.
Ayaz