
Ağcabədi Rayon İcra Hakimiyyəti maşın və avadanlıqların satın alınması ilə bağlı tender elan edib.
Satınalma üçün nəzərdə tutulan məbləğ 30.777,35 manat təşkil edir.
32gun.az-ın əldə etdiyi məlumata görə, alınacaq avadanlıqlar arasında televizor, masaüstü kompüter, printer, noutbuk (çanta ilə birlikdə), su soyuducu, monitor, mikrofon dəsti, proyektor və digər texniki vasitələr yer alır.
Hazırda bu texnikaların hansı struktur bölmələrə veriləcəyi və ya konkret məqsədinin nə olduğu açıqlanmır. Amma məlumdur ki, bu cür satınalmalar adətən idarəetmə və inzibati işlərin təşkili məqsədilə həyata keçirilir.
Ayaz