SOSIAL ÖZ XƏBƏR

Quba DOST Mərkəzində nəzərdə tutulan qaz təchizatı layihəsi ləğv edildi

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Quba DOST və Peşə Hazırlığı Mərkəzinin xarici qaz təchizatı üzrə tikinti işlərinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

32gun.az-ın  məlumatına görə, 16.195 manat məbləğində qiymətləndirilən satınalma prosesi 10 iyul 2025-ci il tarixində dayandırılıb.

Tenderin ləğv edilməsinə səbəb olaraq, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.3-cü maddəsi göstərilir. Həmin maddəyə əsasən, satınalma komissiyası qalib təchizatçını qanunun 33.10-cu maddəsinə uyğun müəyyən edə bilmədiyi üçün satınalma proseduru ləğv olunub.

Qeyd edək ki, sözügedən layihə Quba DOST və Peşə Hazırlığı Mərkəzinin qazla təmin olunması məqsədi daşıyırdı. Hazırda yeni tenderin elan edilib-edilməyəcəyi barədə rəsmi məlumat yoxdur.

Ayaz 

Oxşar Xəbərlər