SOSIAL ÖZ XƏBƏR

Dövlət Turizm Agentliyinin 1,1 milyon manatlıq təbliğat tenderi ləğv edildi

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Cənubi, Şərqi Asiya və MDB ölkələrində turizm təbliğatı məqsədilə elan edilən satınalma müsabiqəsi ləğv olunub.

32gun.az-ın  məlumatına görə, 1.141.737,32 manat dəyərində qiymətləndirilən tender 10 iyul 2025-ci il tarixində dayandırılıb.

Rəsmi sənədlərə əsasən, tenderin ləğv edilməsinə səbəb olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsi göstərilib. Bildirilir ki, təqdim olunan təkliflərin heç biri müsabiqənin şərtlər toplusunun tələblərinə uyğun olmayıb və nəticədə qiymətləndirmə mümkün olmadığı üçün proses dayandırılıb.

Qeyd edək ki, bu satınalma çərçivəsində Azərbaycan turizminin Cənubi və Şərqi Asiya ilə yanaşı MDB ölkələrində təbliği və beynəlxalq səviyyədə tanıdılması nəzərdə tutulurdu. Hazırda yeni tenderin elan olunub-olunmayacağı ilə bağlı hər hansı məlumat verilməyib.

Ayaz 

Oxşar Xəbərlər