SOSIAL ÖZ XƏBƏR

Milli Antidopinq Agentliyi tibbi soyuducular alır – qalib şirkət bəlli oldu

Azərbaycan Milli Antidopinq Agentliyi tibbi soyuducuların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib.

32gun.az-ın  məlumatına görə, satınalma müsabiqəsinin qalibi "Viva Medical Group" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətin təklifi 36.580 manat təşkil edib.

Qalib şirkətin qanuni təmsilçisi Pərviz İsgəndərsoy Nurəddin oğlu, nizamnamə kapitalı isə 10.000 manat olaraq qeyd olunur.

Qeyd edək ki, tibbi soyuducular antidopinq nəzarəti çərçivəsində nümunələrin düzgün saxlanılması və daşınması üçün zəruri avadanlıqlardandır. Alınacaq soyuducuların texniki göstəriciləri və sayı açıqlanmasa da, onların agentliyin laboratoriya və yoxlama proseslərində istifadə ediləcəyi gözlənilir.

Ayaz 

Oxşar Xəbərlər