
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kolleci tərəfindən elektron-texniki avadanlıqların satın alınması məqsədilə elan edilən tender ləğv olunub.
32gun.az-ın məlumatına görə, 46.196 manat dəyərində nəzərdə tutulan satınalma prosesi 10 iyul 2025-ci il tarixində dayandırılıb.
Tenderin ləğv edilməsinə səbəb nəzarət orqanının qərarı olub. Rəsmi sənədlərdə qeyd olunur ki, satınalma prosesi 09 iyul 2025-ci il tarixli № AİBNDA/SQ-5445/2025 nömrəli qərar əsasında ləğv edilib.
Qeyd edək ki, satınalma çərçivəsində kollecin tədris prosesində istifadə ediləcək müxtəlif elektron və texniki avadanlıqların alınması planlaşdırılırdı. Yeni tenderin elan olunub-olunmayacağı hələlik məlum deyil.
Ayaz