SOSIAL ÖZ XƏBƏR

Naxçıvanda xəstəxanalar üçün  psixotrop dərmanlar alınacaq - 110 min manata

“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanaların dərman təminatı üçün satınalma həyata keçiriləcək. Alınacaq preparatlar əsasən psixotrop, güclü təsiredici və narkoz törədici dərmanlardır.

32gun.az xəbər verir ki, satınalmanın ümumi dəyəri 110.421,28 manat olaraq hesablanıb.

Bu çərçivədə, diazepam, midazolam və fenobarbital kimi psixotrop maddələr, tramadol və tropikamid kimi güclü təsiredici dərmanlar, həmçinin propofol, ketamin, izofluran, bupivakain, rokuronium və ardüan kimi narkoz törədici vasitələr tibb müəssisələrinə çatdırılacaq.

Hazırda bu dərmanların müalicəvi məqsədlərlə, xüsusilə cərrahi əməliyyatlarda, ağır ağrıların kəsilməsi və nevroloji vəziyyətlərin idarə olunması üçün istifadəsi nəzərdə tutulur. Müvafiq dərman preparatları qeydiyyatda olan miqdarda alınacaq və yalnız səhiyyə müəssisələrinin ehtiyacına uyğun şəkildə paylanacaq.

Nilay 

Oxşar Xəbərlər