SOSIAL ÖZ XƏBƏR

Azərbaycanda qeydə alınan maraqlı görüntü sosial şəbəkələrdə maraq doğurub

Azərbaycanda lentə alınan görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub.

32gun.az xəbər verir ki, yayılan videoda yerdə sanki yatmış bir qızın silueti görünür. Kadrlarda təbii relyef formasında insan fiquruna bənzər görüntü əks olunur.

Videonu yayan şəxs bildirib ki, yerli rəvayətə görə, bu qız əsrlər əvvəl naməlum səbəbdən daşlaşıb və bu şəkildə qalıb.

Təbiətin yaratdığı bu qeyri-adi mənzərə sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və müxtəlif versiyalarla müzakirə olunur. Bəziləri bu görüntünü əfsanəvi hadisə kimi dəyərləndirsə də, digərləri bunun sadəcə təbiət forması olduğunu düşünür.

Hazırda görüntülərin dəqiq harada çəkildiyi açıqlanmayıb.

Ayaz 

.

.

.

.

.

Oxşar Xəbərlər