SOSIAL ÖZ XƏBƏR

Saatlıdakı 120 min manatlıq abadlıq işləri ləğv edildi

Saatlı Rayon İcra Hakimiyyətinin şəhər ərazisində abadlıq işləri ilə bağlı elan etdiyi tender baş tutmayıb.

32gun.az xəbər verir ki, 11 iyul 2025-ci il tarixində keçiriləcək müsabiqə ləğv edilib. Rəsmi səbəb olaraq, satınalmada iştirak etmək üçün təklif və onun təminatını təqdim etmiş, tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilir. Qanunvericiliyin tələbinə əsasən, bu hal tenderin ləğvi ilə nəticələnib.

Ləğv bildirişində qeyd olunur ki, təklif verən malgöndərənlərin sayı qanunla müəyyən edilən həddən az olduğundan müsabiqənin tamamlanması mümkün olmayıb.

Layihə üzrə ehtimal olunan qiymət 120.716,36 manat təşkil edirdi.

Qeyd edək ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur.

Ayaz 

Oxşar Xəbərlər