SOSIAL ÖZ XƏBƏR

Bərdədə daxili yolların təmiri üçün 400 min manatdan artıq vəsait nəzərdə tutulub

Bərdə Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəliyi daxili yolların əsaslı təmiri ilə bağlı satınalma elanı verib.

32gun.az xəbər verir ki, Layihə üzrə ehtimal olunan qiymət 402.551,00 manat təşkil edir. Satınalma daxili yolların təmir-tikinti işlərini əhatə edir.

Hazırda müsabiqə mərhələsində olan bu satınalma proseduru yekunlaşdıqdan sonra icraçı şirkət müəyyən ediləcək və işlərə başlanılması gözlənilir.

Ayaz 

Oxşar Xəbərlər