SOSIAL ÖZ XƏBƏR

Bu şirkət həm vergi qanunvericiliyini pozdu, həm də...

"İK TRADING CENTER" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər siyahısınadır.

32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyiciləri siyahısına daxil edilib.

Həmçinin, şirkətin vergi borcu 325.527,54 manat təşkil edir.

Hüquqi şəxsin rəhbəri Kənan İsgəndərov Zərqulu oğludur, nizamnamə kapitalı isə 10 manat olaraq qeyd olunub.

Qeyd edək ki, riskli vergi ödəyicisi vergi qanunvericiliyində vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməyən, müntəzəm yoxlamalarda pozuntu aşkarlanan və vergidən yayınma ehtimalı yüksək olan vergi ödəyicisi kimi təsnif edilir. Bu status vergi orqanlarının nəzarətini gücləndirmək və vergi gəlirlərinin qorunmasını təmin etmək məqsədilə tətbiq olunur.

Ayaz 

 

Oxşar Xəbərlər