
Sədərək Rayon İcra Hakimiyyəti 11 iyul 2025-ci il tarixində kommunal təyinatlı texnikaların alınması üzrə elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, Tenderin ləğv edilmə səbəbi olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 24 iyun 2025-ci il tarixli, № AİBNDA/SQ-4913/2025 nömrəli qərarına əsasən prosedurun dayandırılması göstərilib.
Layihənin ehtimal olunan dəyəri 164.020,00 manat təşkil edir.
Ayaz