
"ETIBARLI-SEMENT" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin tələblərini pozduğuna görə riskli vergi ödəyicisi elan olunub.
32gun.az xəbər verir ki, şirkət Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əməl etmədiyinə görə Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyiciləri siyahısına daxil edilib. Bu status vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf maliyyə əməliyyatları və digər ciddi pozuntular əsasında tətbiq olunur.
Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Bozalqanlı kəndi göstərilib. "ETIBARLI-SEMENT" MMC-nin qanuni təmsilçisi isə Etibar Tağıyev Ələsgər oğludur.
Qeyd edək ki, riskli vergi ödəyicisi statusuna malik şirkətlərlə əməkdaşlıq edən digər vergi ödəyiciləri də nəzarət altına alına və əlavə vergi riskləri ilə üzləşə bilərlər.
Ayaz